QR CodeQR Code

Ayətullah Amili: Məktəblərdə Quran mədəniyyətinə rəvac verilməsi ictimai ziyanları azaldır

8 Jul 2017 17:25

Islamtimes - Ərdəbilin imam cüməsi deyib: “Məktəblərdə Quran mədəniyyətinə rəvac verilməsi ictimai ziyanların azalmasına səbəb olur, ailələr arasında mənəvi bağlılıq yaradır”.


Ayətullah Seyid Həsən Amili dünən Ərdəbilin təlim-tərbiyə idarəsinin müdiri ilə görüşündə deyib: “Ölkə üzrə keçirilən Quran yarışlarına Ərdəbilin evsahibliyi etməsi əyalətimiz üçün əlverişli imkanlar yaratdı. Bu imkanlardan yetərincə faydalanmaq lazımdır ki, daha yaxşı mənəvi imkanlar əldə edə bilək”.
İmam cümə əlavə edib: “Ölkə üzrə keçirilən yarışlarda Ərdəbilin öhdəsinə çox həssas və mühüm vəzifə düşür. Məsullar bu məsələni tamamilə diqqətdə saxlamalıdır. Bu vəzifənin yerinə yetirilməsində heç nəyi əsirgəməməliyik ki, yaxın gələcəkdə məktəblilər arasında Quran mədəniyyətinin genişlənməsinə nail ola bilək”.
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi görüşün davamında deyib: “Məktəblərdə Quran mədəniyyətinə rəvac verilməsi ictimai ziyanların azalmasına səbəb olur, ailələr arasında mənəvi bağlılıq yaradır”.
Ayətullah Amili həmçinin vurğulayıb ki, Ərdəbil əyalətinin şiə caməsində böyük mövqei vardır və bu mövqe həmişə qorunmalıdır./qafqaz.ir/az/


Story Code: 651795

News Link :
https://www.islamtimes.org/az/news/651795/ayətullah-amili-məktəblərdə-quran-mədəniyyətinə-rəvac-verilməsi-ictimai-ziyanları-azaldır

Islam Times
  https://www.islamtimes.org