QR CodeQR Code

İranın İnqilab Keşikçiləri sərhəd pozan Səudiyyə rejiminin gəmisini həbs etdi

Deyerler , 8 Jul 2017 17:40

İslamtimes - İranın Daxili İşlər Nazirliyinin sərhəd işləri üzrə baş direktoru Məcid Ağababayi iyulun 7-də Səudiyyə rejiminə məxsus gəminin İranın İnqilab Keşikçiləri ordusunun dəniz qüvvələri tərəfindən dayandırıldığını bildirib.


Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Məcid Ağababayi həmin gəmidə 4 nəfər hindistanlı heyyətin olduğunu və gəminin Farsi adasının qərbindən İran sərhədlərinə 4 mil daxil olduğunu bildirib. Bu səbəblə gəminin qanuni əməliyyatlar çərçivəsində İran dənizinin qüvvələri komandanlığına təslim edildiyini qeyd edib.

Ağababayi gəmidəki 4 nəfərin həbs olunduğunu və sorğulanmasının da davam etdiyini söyləyib: "İran ordusu və polis qüvvələri sərhədləri qorumağı ən mühüm vəzifə kimi bilir. Həmçinin İran Fars Körfəzindəki qonşularına hörmət bəsləyir, amma heç kəsə İran sularının sərhədlərini pozmasına icazə verməyəcək və sərhədləri pozanlara qarşı da lazımlı addımlar atacaq".

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə rejiminin sahil təhlükəsizlik qüvvələri dalğalara görə yolundan çıxaraq, Səudiyyə Ərəbistanı sularına keçən İrana məxsus iki balıqçı gəmisinə atəş açmışdır və balıqçılardan biri bu müdaxilədə həlak olmuşdur.


Story Code: 651802

News Link :
https://www.islamtimes.org/az/news/651802/iranın-inqilab-keşikçiləri-sərhəd-pozan-səudiyyə-rejiminin-gəmisini-həbs-etdi

Islam Times
  https://www.islamtimes.org