0
Saturday 8 July 2017 - 17:50

Ərdəbilin imam cüməsi ermənilərin cinayətini pislədi

Story Code : 651806
Ərdəbilin imam cüməsi ermənilərin cinayətini pislədi
Vəliyyi-Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində Azərbaycanın Fizuli rayonunda erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı uşağın şəhid edilməsini pisləyərək Azərbaycan dövlətini Qarabağın azad edilməsi istiqamətində təcili addım atmağa çağırıb.

Ərdəbil əhalisinin Rəhbərlik Xobrəqan Məclisindəki nümayəndəsi Azərbaycan dövlətindən ATƏT-in Minsk qrupuna etimad etməyərək Qarabağın azad edilməsi üçün təcili ölçü götürməsini istəyib.

4 iyulda Ermənistan silahlı qüvvələri qumbaraatanlarla Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndini atəşə tutublar. Nəticədə Sahibə Allahverdiyeva, 2 yaşlı nəvəsi Zəhra Quliyeva şəhid olub və bir nəfər də yaralanıb.

ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi Minsk qrupu 20 ildən artıqdır ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik edir. Lakin indiyə qədər bu qrupun fəaliyyətində heç bir irəliləyiş müşahidə olunmayıb./az.truthngo/
Source : Nur-az.com
Comment