0
Thursday 14 April 2011 - 08:49

Ərəbistan və Bəhreyn Təhlükəsizlik Qüvvələrindən olan 6 nəfər 20 yaşlı qızı cinsi təcavüzə məruz qoyub - VIDEO

Story Code : 65196
Bəhreyn - Ərəbistan
Bəhreyn - Ərəbistan
"IslamTimes" "Shie-Online"-a istinadən xəbər verir ki, Səudiyyə qüvvələri tərəfindən himayə edilən Bəhreyn Təhlükəsizlik Qüvvələri bir neçə gün öncə 20 yaşlı şair xanım Ayat əl-Qormizini həbs edərək naməlum istiqamətə aparıblar.

Əldə olunan məlumatlara əsasən, bu xanımın həbs olunmasına səbəb onun "Lolo" meydanında Ali-Xəlifə rejimi əleyhinə oxuduğu şerlər olub. Nəzərinizə çatdıraq ki, gənc şair "Lolo" meydanı viran qoyulmamışdan öncə burada şerlər oxuyub. Amma Təhlükəsizlik qüvvələri bir neçə müddət keçdikdən sonra onun ardınca yollanıblar.

Bəhreyn padşahının sarayından əldə olunan mötəbər bir xəbərdə bildirilir ki, 3 gün öncə 20 yaşlı qız padşah Ali-Xəlifənin gözləri önünüdə işgəncə verilərək, təhqir edilməsi üçün saraya gətirilib.

Sarayda olan mənbə padşah Ali-Xəlifənin gənc xanıma bir neçə sillə vuraraq onu söydüyünü bildirib. Bu hadisədən sonra Ayat əl-Qormizi sarayın digər bölməsinə aparılıb və Təhlükəsizlik Qüvvələrindən olan 6 nəfər onu cinsi təcavüzə məruz qoyub.

Bu xanımın ailəsi bir neçə gün idi ki, qızlarından xəbərsiz idilər.
Onlar bir neçə dəfə polisə müraciət edərək qızlarının itməsi barədə məlumat vermişdilər. Amma polis əlindən bir iş gəlmədiyini bildirmişdi.

Amma iki gün öncə kimliyini açıqlamayan bir şəxs Ayat əl-Qormizinin yaşadığı evə zəng vuraraq onun Bəhreyn xəstəxanalarından birində olduğunu xəbər verib.

20 yaşlı qızın ailəsi xəstəxanaya yollandıqdan sonra Ayat əl-Qormizinin ağır işgəncələr səbəbindən komaya düşdüyünü müşahidə ediblər. Həkimlər müayinələrdən sonra bu xanıma cinsi təcavüz edildiyini bildiriblər.

Şair xanım pedaqoji institutda təhsil alır və yazdığı şerlərlə Bəhreyndə tanınmış bir şəxsiyytə çevrilib. O ötən bir neçə ayda Lolo meydanında aktiv fəaliyyət göstərib və oğurlanmamışdan öncə bir neçə dəfə təhdid edilib.

Ayat əl-Qormizinin atası da Bəhreyndə tanınmış şairlərdəndir. O ötən əsrin 90-cı illərində Ali-Xəlifə rejimi əleyhinə yazdığı şerlərə görə bir neçə dəfə həbs edilərək işgəncələrə məruz qalıb.

Hörmətli istifadəçilər, aşağıdakı linkin üzərində klikləyərək bəhreynli şair xanım Ayat-əl-Qormizinin Lolo meydanındakı şerlərini izləyə bilərsiniz.

http://www.youtube.com/watch?v=K8-qOerX3xI
Comment