0
Sunday 9 July 2017 - 14:24

ABŞ İraq və Suriyada yüzlərlə dinc sakini öldürdüyünü etiraf etdi

Story Code : 652013
ABŞ İraq və Suriyada yüzlərlə dinc sakini öldürdüyünü etiraf etdi
Deyerler.org xəbər verir ki, SKY News-un verdiyi xəbərə görə, Pentaqon iyulun 8-də yaydığı hesabatında, 2014-ci ildən etibarən Amerika və müttəfiqlərinə məxsus döyüş təyyarələrinin hücumları nəticəsində 603 mülki vətəndaşın İraq və Suriyada öldüryünü etiraf edib.

Pentaqonun hesabatında 19 aprel - 23 may 2017-ci il tarixləri arasında Amerika və müttəfiq qüvvələrinin hava hücumlarında 119 mülki vətəndaşın öldüyünü, bunların yarısının Mosulun şimalında və ya yaxın bölgələrində öldürüldüyünü bildirib.

Pentaqon, həmçinin öz hesabatında hava hücumlarının İraq və Suriyada İŞİD-in işğalındakı bölgələrə qarşı keçirildiyini iddia edib.
Source : Deyerler
Comment