QR CodeQR Code

Ali-Səud Qurana od vurdu

14 Apr 2011 11:13

IslamTimes - Bəhreyn ictimai şəbəkələrində Səudiyyə ordusunun Quranı yandırmasına aid görüntülər yayımlanıb


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Bəhreyn telekanallarında Səudiyyə Ərəbistanı və Bəhreyn dövləti muzdurlarının Quranı yandırdığı nümayiş etdirilib. Bu qüvvələr "Əl-Kovre" kəndində yerləşən "Əl-kubkabat" məscidinə hücum zamanı Quranları yandırıblar. 

Son günlərdə Bəhreyn xəbər agentlikləri xalqın vəhşicəsinə döyülməsindən, qətlə yetirilməsindən və müqəddəs məkanlara edilən hörmətsizlikdən yazıb. 

Nəzərinizə çatdıraq ki, artıq bir neçə gündür Səudiyyə Ərəbistanı və Bəhreyn qüvvələri xalqla mübarizə üçün məscidlər, hüseyniyyələr və digər müqəddəs məkanları hədəfə almağa başlayıb.

 


Story Code: 65228

News Link :
https://www.islamtimes.org/az/news/65228/ali-səud-qurana-od-vurdu

Islam Times
  https://www.islamtimes.org