QR CodeQR Code

ÇL: “Qarabağ” "Samtredia"nı darmadağın etdi (YENİLƏNDİ)

11 Jul 2017 23:45

IslamTimes - ÇL: “Qarabağ” "Samtredia"nı darmadağın etdi (YENİLƏNDİ)


"Qarabağ" bu gün yeni avrokubok mövsümünə start verib. Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxıb.
Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi “Samtredia” ilə üz-üzə gəlib. Bakıda baş tutan qarşılaşma təmsilçimizin tam üstünlüyü şəraitində keçib. 5:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri demək olar ki, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. Bir həftə sonra baş tutacaq cavab oyunu formal xarakter daşıyacaq.
 
Çempionlar Liqası
 
II təsnifat mərhələsi, ilk oyun
 
11 iyul
 
21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) 5:0
 
Əfran İsmayılov, 11. Ndlovu, 37; 45. Gerrer, 83. Miçel, 90.
 
Baş hakim: Mete Kalkavan (Türkiyə)
 
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Story Code: 652678

News Link :
https://www.islamtimes.org/az/news/652678/çl-qarabağ-samtredia-nı-darmadağın-etdi-yeniləndi

Islam Times
  https://www.islamtimes.org