QR CodeQR Code

Hizbullahdan Mosul açıqlaması: İŞİD məhv edilənə kimi...

12 Jul 2017 00:02

IslamTimes - İraqın Mosul şəhərinin azad edilməsi İŞİD-lə mübarizədə ən mühüm mərhələlərdən biridir.


Axar.az xəbər verir ki, bu sözləri Hizbullah lideri Həsən Nəsrullah deyib.
 
“Mosulun alınması İŞİD-in məhvi üçün əsas amillərdən biridir. Mosul böyük şəhərdir. Xilafətin mərkəzi idi. Orada xeyli radikallar toplaşmışdı. Mosul zəfəri beynəlxalq birlik üçün ən vacib məsələlərdən biridir”, - Seyid Həsən Nəsrullah bildirilib.
 
Hizbullah lideri İraq ordusuna döyüşləri dayandırmamağı, İŞİD tam məhv edilənə kimi əməliyyatları davam etdirməyi də məsləhət görüb.

Qeyd edək ki, Hizbullah Müqavimət Cəbhəsinin Suriyada İŞİD terrorçularına qarşı mübarizədə böyük rolu var. Suriyada Əhli-Beyt məqbərələrinin vəhabi təkfirçilərinin əlinə keçməməsi üçün döyüşən Hizbullah əskərlərindən şəhid olanlar var.


Story Code: 652686

News Link :
https://www.islamtimes.org/az/news/652686/hizbullahdan-mosul-açıqlaması-işid-məhv-edilənə-kimi

Islam Times
  https://www.islamtimes.org