QR CodeQR Code

H. İ. İbrahimoğlu Vyanada “İnsan haqları ölçüləri üzrə” tədbirində

14 Apr 2011 19:56

IslamTimes - AŞ PA-nın və ATƏT-in rəsmi dəvəti ilə Avropada rəsmi səfərdə olan DEVAMM – sədri Hacı İlqar İbrahimoğlu Strasburqda səfərini başa vuraraq ATƏT-in insan ölçüləri üzrə Avstriyanın paytaxtı Vyanada keçirdiyi tədbirə qatılmışdır.


İnsan haqları ilə bağlı keçirilən sessiyanı giriş sözü ilə açan, ATƏT-in hazırkı sədrliyini yerinə yetirən Litvanın təmsilçisi səfir Renatas Norkus bu tədbirin əhəmiyyətindən, insan haqlarına olan diqqətdən danışmışdır.
Bu sessiyanın mühümlüyü və aktuallığı barədə “Deyerler.org”a danışan DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirmişdir ki, milli insan haqları təsisatlarının insan haqlarının müdafiəsinə verə biləcəyi töhfəsi danılmazıdır. “Hazırkı sessiya bunun daha da çox təsirinin effektivliyinin artırılmasını nəzərdə tutub. Eyni zamanda milli insan haqları təsisatlarının istiqamətli işinin səmərəliyinin artırılması üçün vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlılığı zəruri amillərdəndir. Bu kimi tədbirlər milli insan haqları təsisatları ilə vətəndaş cəmiyyətinin arasında əməkdaşlılığının üfüqlərini artırır”.
Tədbirdə dünyanın 40 ölkəsindən rəsmi dövlət nümayəndələri və 34 qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Azərbaycandan ATƏT-in bu sessiyasında Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanova, ATƏT-in Azərbaycan ofisinin birinci katibi Aysel Yaqubova və DEVAMM sədri Hacı İlqar İbrahimoğlu iştirak edib.
Məlumat verdiyimiz kimi, səfərdə “Deyerler.org”un müxbiri bu tədbirləri işıqlandırır. /Deyerler/


Story Code: 65350

News Link :
https://www.islamtimes.org/az/news/65350/h-i-ibrahimoğlu-vyanada-insan-haqları-ölçüləri-üzrə-tədbirində

Islam Times
  https://www.islamtimes.org