QR CodeQR Code

Tezliklə Telafəri də İŞİD vəhşilərindən xilas edəcəyik

Nur.az.com , 16 Jul 2017 20:11

İslamtimes - İraqın Ninova bölgəsində yerləşən Telafər qəsəbəsini İŞİD-dən təmizləmək üçün yaxın günlərdə əməliyyat başlayacaq.


Bu barədə İraq komandiri Abduləmir Yarullah açıqlama verib.

“Mosulun xilası barədə söz vermişdik və əməl etdik. Tezliklə Telafer və ətraf ərazilər uğrunda da əməliyyatlara başlayacağıq. İraq ordusu İŞİD-ə qarşı böyük səylə mübarizə aparır. Mosulun dar küçələrinə baxmayaraq şəhəri azad edə bildik, Telaferdə də bunu bacaracağıq”, - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Mosulun işğaldan tam azad edildiyi elan edilib.

Mosuldan 50 km məsafədə yerləşən Telafər isə 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.


Story Code: 653900

News Link :
https://www.islamtimes.org/az/news/653900/tezliklə-telafəri-də-işid-vəhşilərindən-xilas-edəcəyik

Islam Times
  https://www.islamtimes.org