0
Friday 15 April 2011 - 08:19

Fukuşima faciəsində ABŞ-ın əli var?

Story Code : 65408
Fukuşima faciəsində ABŞ-ın əli var?
Fukuşima faciəsində ABŞ-ın əli var?
"New Public" jurnalının verdiyi məlumata görə, Yaponiyanın Fukuşima stansiysındakı baş verən hadisənin əsas faktorlarından biri ABŞ tərəfindən hazırlanmış yanacaq olub.

Bildiyimiz kimi, Yaponiyada martın ayının 11-də baş verən zəlzələ və sunamidən sonra Fukuşima atom stansiyasında partlayışlar baş vermişdi. Partlayış baş verəndən sonra mütəxəsislər hadisəyə sunaminin səbəb olduğunu açıqlamışdılar.

Lakin digər tərəfdən Amerikanın "New Public" jurnalı atom stansiyasında baş vermiş partlayışın səbəbini ABŞ tərəfindən hazırlanmış beynəlxalq normalardan kənar yanacaq olduğunu yazıb.

"Əl-Aləm" kanalı və "New Public" jurnalı stansiyada partlayışa əsas səbəb kimi normal uran yanacağında fərqli olan başqa bir yanacağın istifadə olunmasını göstəriblər.

Xəbərə görə, Yaponiya 11 mart zəlzələsindən qabaq, Fukuşima 3- cü stansiyasında "MOX adlı adlı yanacaq növündən istifadə edib.

Yaponiya Uran və plutonyum qarışığından hazırlanmış "MOX" adlı yanacaqdan istifadə etdikdən sonra, stansiyadakı soyuducu sistem xəbərdarlıqları fəaiyyətə başlayıb. Lakin stansiya işçiləri onu texniki qəza olduğunu zənn edərək baş vermiş hadisəyə adi yanaşıblar. Bundan sonra şahidi olduğumuz partlayışlar baş verib.

Xatırladaq ki, ətraf mühitə ziyanlı təsirinə görə, zərərli maddə olan "MOX"ın Fukuşima stansiyasında istifadə edilməsi ictimaiyyət tərəfindən geniş narazılığa səbəb olmuşdu.


Source : XezerXeber
Comment