0
Monday 17 July 2017 - 20:57

İŞİD-in ən təhlükəli qadın komandiri sağ şəkildə ələ keçirildi

Story Code : 654102
İŞİD-in ən təhlükəli qadın komandiri sağ şəkildə ələ keçirildi
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İraqın təhlükəsizlik xidməti qüvvələri Mosul şəhərində Əhləm Mohsen adlı qadını tutub. Adıçəkilən şəxs isə “İŞİD terrorçularının ən təhlükəli qadın komandiri” hesab edilir.

Terrorçu öz qardaşı ilə birgə saxlanılıb. Onun qardaşı da terror təşkilatında mühüm vəzifələrdən birinin sahibidir.

Əhləmin kimliyi barədə çox az məlumat var. O, İraqda Səddam Hüseyn rejimi devrildikdən və ölkə ABŞ qüvvələri tərəfindən işğal edildikdən sonra İŞİD cərgələrinə qoşulub.

O, 2014-cü ildə Mosul şəhərinin işğalı əməliyyatında aktiv şəkildə iştirak edib. Məlumata görə, Əhləm İŞİD-in qadın korpusunun komandiri olub.

Xatırladaq ki, Mosul şəhəri uzun çəkən əməliyyatlardan sonra İraq ordusu tərəfindən azad edilib. İraq Baş naziri isə iyul ayının 9-u İŞİD üzərində qələbə haqda elan etmişdi.
Source : İslamazeri
Comment