QR CodeQR Code

Sionist İsraillə əlaqələrə son qoyulsun!

IslamTimes , 15 Apr 2011 13:05

Translator :

İslamtimes - Qahirə küçələrində hələ də etiraz aksiyaları davam edir. Bu dəfə isə xalq İsrail rejiminə qarşı protest edir.


islamtimes.org/az/ - Misir xalqıın zalım hesab etdikləri Hüsnü Mübarək rejimini süquta çatdırımasından bir neçə ay keçməsinə baxmayaraq ölkədə sabitlik bərqərar olmur. Qahirə küçələrində hələ də etiraz aksiyaları davam edir. Bu dəfə isə xalq İsrail rejiminə qarşı protest edir.

Ölkənin sionist İsraillə əlaqələrinin kəsilməsini və Qəzza qapılarının tezliklə açılmasını istəyən misirlilərin İsrail səfirliyi qarşısında nümayişləri davam etməkdədir.

Ölkələnin sionist İsraillə əlaqələrini kəsib, bu qatil rejim tərəfindən Qəzzaya tətbiq olunan embarqonun qaldırılmasını və Rifah qapılarının Fələstin xalqının üzünə daha bağlamamaq şərti ilə açılmasını tələb edən Misir xalqı sionist İsrail səfirliyi qarşısında nümayişlərə başlayıb.

Nümayişlər Cümə günündən bəri davam edir və Misirin paytaxtı Qahirədə Təhrir meydanında toplaşan nümayişçilərin bir qisimi, İsrail və ABŞ səfirlikləri qarşısında etiraz yürüşü keçirdilər.

İki gün əvvəl də mindən artıq nümayişçi Fələstin bayrağı ilə İsrail səfirliyinə getmişlər. Təhrir meydanından ayrılan bir qrup İsrail səfirliyinə getməyə çalışmış və sionist İsrail əleyhinə şüarlar səsləndirən qrup, Qəzza sektorunda hərbi əməliyyatlara son qoyulmasını tələb ediblər.

Bu gün də mindən artıq insan ABŞ-ın Qahirə səfirliyi qarşısında Floridalı bir keşişin Qurani- Kərimi yandırmasını etiraz edərək, ''Amerika! O keşişi bizə təslim et'' və "Mübarək dərhal mühakimə olunsun!" fəryadlarıyla Hüsnü Mübarəklə ailəsinin sui-istifadə və vətənə xəyanətdə mühakimə olunmasını istəyərək ABŞ-lı keşişlə Mübarəkin maketini, ABŞ və İsrail bayraqlarını yandırdılar.


Story Code: 65453

News Link :
https://www.islamtimes.org/az/news/65453/sionist-israillə-əlaqələrə-son-qoyulsun

Islam Times
  https://www.islamtimes.org