0
Wednesday 19 July 2017 - 16:18

Sionist rejim əsgərləri namaz qılan fələstinlilərə hücum etdi, Əqsa məscidinin xətibi və 30-dan çox fələstinli yaralandı

Story Code : 654568
Sionist rejim əsgərləri namaz qılan fələstinlilərə hücum etdi, Əqsa məscidinin xətibi və 30-dan çox fələstinli yaralandı
Maide.İnfo beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, sionist hərbçiləri əl-Əqsa məscidinin Əl-Əsbat qapısı yanında 3000-dən çox insanın iştirakı ilə axşam namazı qılan fələstinlilərə hücum edib.

Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, işğalçı rejim əsgərlərinin hücumu zamanı Məscid-Əqsanın xətibi Şeyx Akrama Sabri və 30-dan çox namaz qılan fələstinli yaralanıb.

Yaralılardan 14 nəfər Qüdsdəki müxtəlif xətəsxanalara çatdırılıb. Onlardan bəzisinin durumu ağırdır. 20 nəfər isə ambulator müalicədən sonra evə buraxılıb.

Məlumata görə, işğalçı rejim qüvvələri bir neçə fələstinli gənci həbs edib.
Source : Maide
Comment