QR CodeQR Code

Mübarək edam ediləcək?

15 Apr 2011 19:19

IslamTimes - Misirin sabiq prezidenti Hüsnü Mübarəkə qarşı irəli sürülmüş ittihamlar sübut olunarsa, o, ölümə məhkum edilə bilər


Bu barədə “Azadinform” "news.bigmir.net"ə istinadən xəbər yayıb.

Qahirə Apelyasiya Məhkəməsinin sədri Zəkəriyyə Şalaşaya istinadən yayılan məlumatda göstərilir ki, qəsdən adamöldürmə ittihamı təsdiqlənərsə, Mübarək edam edilə bilər. Hakim deyib ki, maliyyə pozuntuları ilə bağlı ittiham əsasında sabiq prezident ən yaxşı halda 3 il azadlıqdan məhrum ediləcək. O, istintaqın azı 1 il sürəcəyini söyləyib. Misir hakimiyyət orqanları Mübarəki adi xəstəxanadan hərbi hospitala köçürmək barədə də qərar qəbul ediblər. Orada ona mühafizə də qoyublar. Eks-prezident yaxşılaşan kimi onu yenidən dindirəcəklər.


Story Code: 65485

News Link :
https://www.islamtimes.org/az/news/65485/mübarək-edam-ediləcək

Islam Times
  https://www.islamtimes.org