0
Friday 15 April 2011 - 20:49

Hacı Mövsüm Səmədovun həbs müddəti artırıldı

Story Code : 65488
Hacı Mövsüm Səmədov
Hacı Mövsüm Səmədov
Azərbaycan İslam Partiyasının (AİP) həbs edilmiş lideri Hacı Mövsüm Səmədovun növbəti məhkəmə prosesi keçirilib. Nəsimi rayon məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə keçən prosesdə AİP sədrinin həbs müddəti daha 3 ay uzadılıb. Bu barədə FaktXeber.com-a Mövsüm Səmədovun hüquqlarını müdafiə edən vəkil Anar Qasımov məlumat verib. Vəkilin sözlərinə görə, tələsik keçirilən məhkəmə prsosesi Mövsüm Səmədovun həbs müddətinin uzadılması ilə yadda qalıb. "Bu gün Mövsüm Səmədovun məhkəməsi oldu və onun həbs müddəti avqust ayının 8-nə qədər artırıldı. Çox çalışdıq ki, bu həbs müddətini Mövsüm Səmədov azadlıqda keçirsin, ancaq hakim bizim vəsatətimizi təmin etmədi. Yaxın günlərdə bununla bağlı apellyasya şikayəti edəcəyik" - deyə vəkil əlavə edib.

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Rufulla Axunzadənin də məhkəməsi olub və onun da həbs müddəti avqust ayının 8-ə qədər uzadılıb.

Comment