QR CodeQR Code

İrana daxil olmağa çalışan terrorçu qruplaşma məhv edilib

Deyerler , 21 Jul 2017 21:12

İslamtimes - İranın İnqilab Keşikçiləri ölkə ərazisinə girməyə çalışan terrorçu qruplaşmanı zərərsizləşdirib.


Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, İranın İnqilab Keşikçiləri ordusunun quru qüvvələrinin Seyyiduş-Şühəda Həmzə (ə) qərargahı ölkə sərhəddini keçməyə çalışan 7 terrorçunu zərərsizləşdirdiklərini qeyd edib: "Dünən gecə İranın şimal qərb sərhəddində terror aktı həyata keçirmək istəyən xarici xüsusi xidmət orqanlarına bağlı olan bir neçə terrorçu qüvvələrimizin kəskin şəkildə cavabı ilə qarşılaşdı. Terrorçular güclü bir qarşıdurmadan sonra böyük bir məğlubiyyətə düçar oldular. Bu hadisədə 3 terrorçu öldürüldü, dördü də yaralandı. Həmçinin sərhəddən kənara qaçmağa çalışan terrorçulardan biri də yaxalandı”.

Əməliyyat vaxtı İnqilab Krşikçilərinin Seyyiduş-Şühəda Həmzə (ə) qərargahında xidmət edən mayor Yasin Qənbəri də şəhid olub və qərargahın digər bir əsgəri də yaralanıb.


Story Code: 654989

News Link :
https://www.islamtimes.org/az/news/654989/irana-daxil-olmağa-çalışan-terrorçu-qruplaşma-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org