0
Friday 15 April 2011 - 23:09

Hakimiyyət müxalifəti hədələdi

Story Code : 65515
Hakimiyyət müxalifəti hədələdi
Hakimiyyət müxalifəti hədələdi
Onları Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov və paytaxt prokurorluğunun idarə rəisi Arif Pənahov qəbul edib.
Əli Orucov “Media forum” saytına açıqlamasında deyib ki, paytaxtın hüquq mühafizə orqanlarının nümayəndələri İctimai Palatanın mitinqinin Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə - Səbail rayonunun 20-ci sahə yaşayış massivində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif ediblər: “Onlar bildirdilər ki, meriyanın icazə vermədiyi yerdə mitinq keçirilməsinin qarşısı alınacaq və baş verənlərə görə təşkilatçılar məsuliyyət daşıyacaq. Biz isə bildirdik ki, sərbəst toplaşmaq, mitinq keçirmək hər bir vətəndaşın konstitusion hüququdur. Baş verəcək hadisələrə görə isə hakimiyyət və hüquq mühafizə orqanları məsuliyyət daşıyacaq”. /Musavat/
Comment