QR CodeQR Code

Ayətullah Sistani kral Abdullahın xahişini qəbul etmədi

IslamTimes , 16 Apr 2011 06:34

Translator :

İslamtimes - Bəhreynin Şiə xalqının vəziyyəti üçün çox narahat olan Ayətullah Sistani problemin həlli üçün səy göstərir.


islamtimes.org/az/ - Ayətullah Sistaninin İran nümayəndəsi, Bəhreyndə baş verən qarşıdurmadan sonra Ayətullah Sistaninin Səudiyyə Ərəbistanı Kralının görüşmək tələbini rədd etdiyi haqda məlumat verib.

MHA-nın bildirdiyinə görə, Cümə axşamı İranın İslami Şura Məclisinin Universitetlər Fraksiyası üzvləriylə görüşən Höccətülislam Cəvad Şəhristani, Ayətullah Sistaninin Səudiyyə Ərəbistanı Kralının telefonla görüşmək istəyini rədd etdiyini bildirib.

Ayətullah Sistaninin müsəlman ölkələrində baş verən hadisələrə qarşı rəftarına işarə edən Cəvad Şəhristani,"Bəhreynin Şiə xalqının vəziyyəti üçün çox narahat olan Ayətullah Sistani problemin həlli üçün səy göstərir. Çünki Ali Xəlifə ilə Səudiyyə Ərəbistanının əlaqələrindən məlumatı vardı və Bəhreyn xalqının bu iki hökumət arasında əzilməsinə etiraz etmişdir" dedi.

Höccətülislam Cəvad Şəhristani, Obama və Buşun Ayətullah Sistaniyə göndərdikləri məktuba da işarə etmişdir.


Story Code: 65548

News Link :
https://www.islamtimes.org/az/news/65548/ayətullah-sistani-kral-abdullahın-xahişini-qəbul-etmədi

Islam Times
  https://www.islamtimes.org