QR CodeQR Code

Hizbullah hərəkatı Suriya-Livan sərhədində irəliləyişini davam

Deyerler , 24 Jul 2017 17:34

Islamtimes - Livanın Hizbullah hərəkatı Suriya ordusunun da dəstəyi ilə Suriya-Livan sərhədindəki Arsal bölgəsində irəliləyişinə davam edir.


Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Jerusalem Post-da dərc olunan xəbərə əsasən, Hizbullah sərhəddəki Arsəl bölgəsində yerləşən vadini də işğaldan azad edib.

Hizbullah hərəkatı tərəfindən verilən açıqlamada, qoşunların İŞİD və Nusra Cəbhəsinin baza kimi istifadə etdiyi sərhəd bölgəsi olan Cərud Arsəldəki Heyl vadisində müxtəlif istiqamətlərdən irəlilədiyi vurğulanıb.

SANA televiziyası Suriya ordusu və Hizbullahın dünən sərhəd bölgəsində yerləşən Flita qəsəbəsini azad etdiyini bildirib. Bir mənbənin məlumatına əsasən, toqquşmalarda Hizbullah 19, Nusra və İŞİD də təxminən 130 itki verib.


Story Code: 655803

News Link :
https://www.islamtimes.org/az/news/655803/hizbullah-hərəkatı-suriya-livan-sərhədində-irəliləyişini-davam

Islam Times
  https://www.islamtimes.org