0
Saturday 16 April 2011 - 11:32

Üç ölkənin xarici işlər nazirləri bu gün görüşür

Story Code : 65599
Üç ölkənin xarici işlər nazirləri bu gün görüşür
Üç ölkənin xarici işlər nazirləri bu gün görüşür
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün İranın Urmiya şəhərində İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.

İranın xarici siyasət idarəsinin rəhbəri Əli Əkbər Salehi bildirib ki, bu görüşdə əsas diqqət ölkələr arasında iqtisadi-ticarət münasibətlərinin daha da canlanmasına və sərhədyanı əlaqələrin sadələşdirilməsinə yönəldiləcək. Salehi bildirib ki, Urmiya şəhərinin hər üç dövlətin sərhədlərinin kəsişdiyi bir nöqtədə yerləşməsi buranı ölkələrarası ticarət dövriyyəsinin genişləndiriməsi baxımından mühüm yerə çevirir: “Görüş üç dövlət arasında ticarət münasibətlərin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addım olacaq”.

Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi arasında baş tutacaq görüşdə iqtisadi münasibətlərlə yanaşı, regional problemlər ətrafında da fikir mübadiləsi aparılacaq.


Comment