QR CodeQR Code

LIVANIN GƏLƏCƏK BAŞ NAZIRI ABŞ-İSRAIL CÜTLÜYÜNÜ MƏYUS ETDI

İslam-Azeri.az , 11 Jun 2009 16:00

Livan parlamentinə seçkilərdə qalib olan Müstəkbil partiyasının lideri Hizbullah lideri ilə görüşmək istədiyini bildirib.


İslam-Azeri-nin xəbərinə görə Livan parlamentinə seçkilərdə qalib olan Müstəkbil partiyasının lideri Səəd Həriri Hizbullah lideri Seyyid Həsən Nəsrullah ilə görüşmək istədiyini bildirib.

Seyyid Həsənin çıxışına münasibət bildirən Həriri: "Nəsrullahın çıxışını çox müsbət qiymətləndirirəm. Berri və Nəsrullah ilə görüşməmiz lazımdır. Nəsrullahın dediyi kimi biz də müzakirələrə hazırıq"-deyib.


Hizbullahın silah məsələsini müzakirə edəcəksinizmi sualına cavab olaraq Həriri: "Detallara girmək istəmirəm... Lakin görüşməmiz lazımdır. Mənə görə Seyyid Həsən, şərtsiz ciddi dialoq üçün qapısını açdı. Biz də şərtsiz dialoqa hazırıq. Biz, hər kəsə əlimizi uzatdıq. İstər 8 Mart istərsədə 14 Mart olsun, hər kəsin bir-birini dinləməsi lazımdır. Hamımız Livan üçün çalışmalıyıq. 14 Martçıların zəfəri, heç kimsəni hədəf almamaqdadır. Zəfər, Livanın məsləhəti üçündür" " -deyib.


İsrail ilə sülh danışıqları barədə Independentin sualına isə: "İsrail ilə danışıqlar olmayacaq!"-cavabını verib.


Bu arada Livan Hizbullahı ABŞ rəsmilərinin Hizbullahla və seçki nəticələri ilə bağlı çıxışlarını tənqid edib. Hizbullah bu çıxışları "Livanın daxili işlərinə qarışmaq" kimi dəyərləndirib.


Story Code: 6565

News Link :
https://www.islamtimes.org/az/news/6565/livanin-gələcək-baş-naziri-abş-israil-cütlüyünü-məyus-etdi

Islam Times
  https://www.islamtimes.org