QR CodeQR Code

Bizə tətbiq olunan sanksiyalar AB-yə zərbə vuracaq - Rusiya

Nur.az.com , 27 Jul 2017 13:30

Islamtimes - Avropa Birliyi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə barışmalı olacaq.


Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Dmitri Novikov söyləyib.

O, AB-nin ABŞ sanksiyalarına yalnız siyasi qiymət verməklə etiraz edəcəyini bildirib.

Novikov yeni sanksiyaların Avropada biznesə zərbə vuracağını söyləyib.

Qeyd edək ki, ABŞ Numayəndələr Palatası bundan öncə Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edib.


Story Code: 656613

News Link :
https://www.islamtimes.org/az/news/656613/bizə-tətbiq-olunan-sanksiyalar-ab-yə-zərbə-vuracaq-rusiya

Islam Times
  https://www.islamtimes.org