QR CodeQR Code

Moskva Tel- Əvivin yalanını ifşa etdi

IslamTimes , 16 Apr 2011 19:51

Reporter :

İslamtimes - Aleksandr Sultanov, Tel -Əvivin Orta Şərq regionundakı qarşıdurmalarda Rus istehsalı olan silahların istifadə edildiyinə dair iddialarını rədd etdi.


islamtimes.org/az/ - Rusiya Xarici işlər Nazirinin müavini Aleksandr Sultanov, Tel -Əvivin Orta Şərq regionundakı qarşıdurmalarda Rus istehsalı olan silahların istifadə edildiyinə dair iddialarını rədd etdi.

Mövzu ilə əlaqədar açıqlama verən Sultanov, Moskva rəhbərliyinin Suriya başda olmaqla Orta Şərq ölkələrinə göndərdiyi silahları tamamilə nəzarət altında tutduğunu bildirdi.

Sultanov, sionist rəsmilərin, quldur İsrailin cənubunda baş verən son qarşıdurmada Rus istehsalı silahların istifadə edildiyi iddialarını rədd edərək bunu sənədlərlə isbat etməsini tələb edib.

Belə iddiaların tez-tez sionist rəsmiləri tərəfindən gündəmə gətirildiyini bildirən Rus diplomat, hər dəfə Tel -Əvivdən iddialarını isbat edə biləcək sənəd və dəlil istədiklərini xatırlatdı.

Sultanov bu iddialar haqqında hər hansı bir mühakimədə olmadan öncə quldur İsrailə qarşı atılan mərmilərin kimin olduğunu bilmək istədiklərini də vurğuladı.


Story Code: 65683

News Link :
https://www.islamtimes.org/az/news/65683/moskva-tel-əvivin-yalanını-ifşa-etdi

Islam Times
  https://www.islamtimes.org