QR CodeQR Code

"Boko Haram” qırğın törətdi: Onlarla neftçi qətlə yetirildi

İslamazeri , 28 Jul 2017 20:48

İslamtimes - Nigeriyada terror hücumu törədilib.


İslamazeri.com-un AFP-yə istinadən verdiyi xəbərə əsasən, “Boko Haram” terrorçuları Nigeriyanın şimal-şərqində neft kəşfiyyatçılarından ibarət ekspedisiya dəstəsinə hücum edib.

Hərbi və tibbi mənbədən verilən məlumata əsasən, terror qurbanlarının sayı artmaqdadır. Hazırda 50-dən çox cəsəd var və yeniləri də gəlməyə davam edir.

Xatırladaq ki, “Boko Haram” Nigeriya və bir sıra digər qonşu ölkələrin ərazisində terror fəaliyyəti göstərir və 2015-ci ildə İŞİD-ə beyət edib.


Story Code: 656879

News Link :
https://www.islamtimes.org/az/news/656879/boko-haram-qırğın-törətdi-onlarla-neftçi-qətlə-yetirildi

Islam Times
  https://www.islamtimes.org