0
Sunday 30 July 2017 - 19:54

Şeyx Naim Qasim: Təkfirçilər gözlədiyimizdən daha tez məğlub oldular

Story Code : 657408
Şeyx Naim Qasim: Təkfirçilər gözlədiyimizdən daha tez məğlub oldular
İslamazeri.com-un “Sputnik”-ə istinadən verdiyi xəbərə əsasən, “Hizbullah” qüvvələrinin Ərsal yüksəkliklərində “Nusra” cəbhəsi ilə qarşıdurması barədə açıqlama verən Şeyx Naim Qasim bildirib: “Biz Suriyada mübarizə aparmasaydıq hazırda terrorçularla şəhər, kənd və evlərimizdə mübarizə aparacağdıq. Ərsal yüksəkliklərində təkfirçilərlə mübarizəmiz ordu, xalq və müqavimətçilərin ən bariz həmkarlıqlarından biri idi. Bunun nəticəsi də əldə etdiyimiz qələbə idi.”

“Nusra” terror təşkilatının 2014-cü ildən yaratmaq istədiyi islam hakimiyyəti xəyallarının puç olduğunu deyən Şeyx Qasim “Əməliyyata başladığımız zaman “Hizbullah” qüvvələrinə yavaş-yavaş irəliləmək əmri verildi. Biz tələsməsək də təkfirçilər qısa zamanda məğlub oldular.”, -deyə əlavə edib.
Source : İslamazeri
Comment