QR CodeQR Code

Türkiyə ordusu Kobaniyə girdi - İDDİA

Islamazeri , 31 Jul 2017 16:31

Islamtimes - Türkiyə qoşunları Suriyanın şimalına daxil oldu.


İslamazeri.com-un xarici mediaya istinadən verdiyi xəbərə əsasən, Türkiyə qoşunları Suriyanın şimalında yerləşən Kobani rayonuna daxil olaraq, orada öz qüvvələrini yerləşdiriblər.

Məlumata görə, Türkiyə ordusu bazar günü axşam saatlarında Kobani kantonunun qərbində yerləşən Bobene və Siftəkə kəndlərinə girib və öz qüvvələrini orada yerləşdirib. Həmçinin qeyd edilir ki, əraziyə minalar döşənilir. Canlı qüvvə ilə yanaşı, əraziyə texnika da yerləşdirilib.

Suriya kürdlərinin özünümüdafiə qüvvələri isə xəbərdarlıq bəyanatı ilə çıxış ediblər. Bəyanatda deyilir ki, əgər Türkiyə qüvvələri Kobani ərazisini tərk etməsə, onlara qarşı cavab tədbiri görüləcək.


Story Code: 657590

News Link :
https://www.islamtimes.org/az/news/657590/türkiyə-ordusu-kobaniyə-girdi-iddia

Islam Times
  https://www.islamtimes.org