0
Wednesday 2 August 2017 - 15:08

Seyid Həsən Nəsrullahın kiçik oğlu ağır yaralandı

Story Code : 658123
Seyid Həsən Nəsrullahın kiçik oğlu ağır yaralandı
Hurseda xəbər verir ki, Zahrani News saytının xəbərinə əsasən, xəstəxanaya yerləşdirilən Məhəmməd Mehdinin həyatı ilə bağlı təhlükə aradan qalxıb. O, Seyid Həsən Nəsrullahın 5 uşağından biridir. Hizbullahın baş katibinin müavini Şeyx Nəim Qasımın Məhəmməd Mehdini xəstəxanada ziyarət etdiyi və ona Allahdan tezliklə sağalmasını dilədiyi bildirilir.

Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın Məhəmməd Hadi, Məhəmməd Cavad, Zeynəb, Məhəmməd Əli və Məhəmməd Mehdi adlı 5 uşağının olduğu məlumdur.

Nəsrullahın böyük oğlu Məhəmməd Hadi 1997-ci ildə cənubi Livandakı Cəbəlur Rəfi bölgəsində İsrail rejiminin hücumunda digər bir mücahid yoldaşı ilə birlikdə 18 yaşında şəhid olub.

İrandakı Ənsari Hizbullah adlı gənclər hərəkatının “Ya Ləsarat Əl-Hüseyn” adlı jurnalında nəşr olunan tərcümeyi-halında Məhəmməd Hadinin şəhadəti haqqında tarixi sözlər söyləyən Nəsrullah, şəhadətin Allahın bir hədiyyəsi olduğunu vurğulayıb: "Ölüm iki aləm arasında bir keçiddən başqa bir şey deyil. Bəziləri bu keçiddən çətinliklə və əzab çəkərək keçirlər, bəziləri də istəkli və rahat bir şəkildə. Şəhadət bu ölümsüz aləmə keçid üçün ən yaxşı yoldur, çünki şəhadət Allah-Təalanın böyük hədiyyələrindən biridir. Bir şəhid bu dünyadan köçəndə, bir insanın bu dünyadan yanında qiymətli hədiyyələrlə cənnətə yola salınması kimidir. Bu şəhadətin digər insanların (müsəlmanlar) yanında niyə bu qədər dəyərli olmasının cavabıdır. Allaha inanmayan xalqlar arasında belə insanlar özlərini vətənlərinə, millətlərinə və inandıqları bir hədəfə fəda etdikləri vaxt bu tərifəlayiq bir davranış kimi qəbul edilir. Oğlunu itirən bir ata kimi heç bir narahatlığım yoxdur. Oğlumun Aləmlərin Rəbbinin dərgahında cənnətdə olduğuna əminəm.

Şəhadətindən əvvəl oğlumuzun şəkili sadəcə bizim evimizdə var idi. Amma bu gün bu şəkil hər yerdə və hər evdə var. Düzdür, əziz oğlumuzu itirmişik, amma bir gün əbədi həyatda onunla qarşılaşacağımızdan heç şübhəm yoxdur”.
Source : Deyerler
Comment