0
Friday 4 August 2017 - 12:58

ABŞ Raqqa da yeni silahlı qrup yaratdı

Story Code : 658489
ABŞ Raqqa da yeni silahlı qrup yaratdı
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın mətbuat katibi polkovnik Rayn Dillon "Şəhərin təmizlənən ərazilərində əsasən ərəblərdən və İŞİD-ə qarşı olan yerli sakinlərdən ibarət Raqqa Daxilində Təhlükəsizlik Qüvvəsi (RDTQ) adlı təhlükəsizliyi təmin etməyə və terrorçuların qaçmasını və ya geri qayıtmasının qarşısını almaq üçün silahlı qrup yaradıldılıb. Bu həftə 230 könüllü təlim alaraq qrupa qoşulub və qüvvələrin sayı 850-yə çatıb.",- deyə bildirib.

Dillon əlavə edib ki, koalisiya tərəfindən qrupa əsasən silah, tibbi yardım, silahlı döyüş, axtarış və nəzarət nöqtəsi əməliyyatları mövzularında təlim verilir.

RDTQ-yə qoşulmaq istəyənlərin çox olduğunu bildirən palkovnik müraciət edənlərə təlim keçiriləcəyini qeyd edib.
Source : İslamazeri
Comment