QR CodeQR Code

ABŞ Raqqa da yeni silahlı qrup yaratdı

İslamazeri , 4 Aug 2017 12:58

Islamtimes - "ABŞ İŞİD-dən azad edilən Raqqa şəhərində təhlükəsizliyi təmin etmək məqsədi ilə yerli sakinlərdən ibarət 850 nəfərə təlim keçir."


İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın mətbuat katibi polkovnik Rayn Dillon "Şəhərin təmizlənən ərazilərində əsasən ərəblərdən və İŞİD-ə qarşı olan yerli sakinlərdən ibarət Raqqa Daxilində Təhlükəsizlik Qüvvəsi (RDTQ) adlı təhlükəsizliyi təmin etməyə və terrorçuların qaçmasını və ya geri qayıtmasının qarşısını almaq üçün silahlı qrup yaradıldılıb. Bu həftə 230 könüllü təlim alaraq qrupa qoşulub və qüvvələrin sayı 850-yə çatıb.",- deyə bildirib.

Dillon əlavə edib ki, koalisiya tərəfindən qrupa əsasən silah, tibbi yardım, silahlı döyüş, axtarış və nəzarət nöqtəsi əməliyyatları mövzularında təlim verilir.

RDTQ-yə qoşulmaq istəyənlərin çox olduğunu bildirən palkovnik müraciət edənlərə təlim keçiriləcəyini qeyd edib.


Story Code: 658489

News Link :
https://www.islamtimes.org/az/news/658489/abş-raqqa-da-yeni-silahlı-qrup-yaratdı

Islam Times
  https://www.islamtimes.org