0
Saturday 5 August 2017 - 00:24

Mossadın keçmiş rəhbəri: “İsrail rejiminin sonu yaxındır”

Story Code : 658613
Mossadın keçmiş rəhbəri: “İsrail rejiminin sonu yaxındır”
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Rəy Əl-Yəvm qəzetində dərc olunan bir təhlil yazıda, Maariv qəzetinə danışan Mossad Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Şebtay Şavitin sionizm layihəsi və İsrail rejiminin gələcəyindən narahat olduğunu söylədiyi bildirilib.

Sionist rejimin geniş formada Amerika və Avropadan asılı olduğunu və İsrail rejiminə qarşı embarqo təşəbbüslərinin müşahidə olunduğunu deyən Şavit, belə bir xəbərdarlıq və açıqlamalar verib: "Sionizm layihəsinin süqutunun qarşısını almaq üçün İsrail rejimi bu vəziyyəti dəyişməlidir və həmçinin 2002-ci ildə Ərəb Birliyi tərəfindən gündəmə gətirilən sülh layihəsini Səudiyyə Ərəbistanı və Misir kimi mötədil ərəb ölkələrinin köməyi ilə reallaşdırmalıdır.

Əlbəttə, bunun üçün İsrail tərəfindən bəzi diplomatik addımların atılması lazımdır. İlkin olaraq, 2002-ci ildə ortaya atılan sülh layihəsinin bütün maddələri haqqında aparılacaq danışıqlarda strategiyalar müəyyən olunmalıdır. İkinci, bu layihənin araşdırılması üçün Amerika ilə gizli görüş kanalları qurulmalıdır. Üçüncü, bu görüşlərdən nəticə almaq və arzulanan hədəflərə çata bilmək üçün Amerika və İsrail rejimi Səudiyyə Ərəbistanı ilə gizli məşvərət kanalları qurmalıdır.

Bu gizli kanalların qurulması vəziyyətində İsrail rejimi Ərəb Birliyi ilə sülh danışıqlarını davam etdirə bilər. Amerika və Səudiyyə Ərəbistanı İsrail bu layihəsini müsbət qarşılayacaq. Bu təşəbbüs İsrail rejimini düşdüyü çıxılmaz vəziyyətdən xilas edəcək.

Bu konteksdə Oslo müqaviləsinin İsrail rejiminin üzünə çox qapılar açdığını unutmamaq lazımdır. Bu müqavilə, İsrail rejiminə xüsusilə iqtisadi cəhətdən böyük faydalar verdi. Bu prosesin arzu etdiyimiz bir sülh gətirəcəyinə inanmanın saflıq olduğunu mən də bilirəm. Amma ən azından iki tərəfin təhlükəsizlik sahəsində razılığa gəlməsinə şahid ola bilərik.

Əgər ABŞ və Səudiyyə Ərəbistanının rəhbərliyi altında problemin həll olunacağına inanılarsa, danışıqlar başlaya bilər. Bu layihənin reallaşması üçün sadiq və cəsarətli bir liderə ehtiyac var. Lakin hazırda bu hədəfə çatmaq çox çətindir.

Əgər Benyamin Netanyahu İsrail rejiminin qarşılaşdığı təhlükə və ifrat sağçıların yürütdüyü siyasətlərlə sionizmə verdikləri zərəri görə bilsə, bu barədə cəsarətli addımlar ata bilər”.
Source : Deyerler
Comment