QR CodeQR Code

Səudiyyə müftisi Səudiyyə kralının addımlarını şeytan əməli hesab edir

6 Aug 2017 10:58

IslamTimes - Sultanların, hakimlərin səhvlərini aşkara çıxarmaq, onları tənqid etmək haramdır və bu iş şeytan əməlidir."


"IslamTimes" xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rejiminin Qətər dövlətini terrorçuları himayə etməklə ittiham etməsindən, Qətər padşahına qarşı təxribat xarakteri daşıyan məlumatlar yaymasından sonra Qətər hakimiyyətinin tərəfdarları maraqlı bir müraciət ünvanlayıblar. Belə ki, onlar Səudiyyə Ərəbistanının baş müftisinin 2015-ci ildəki hökmünü yayımlayaraq, yazıblar:
"Səudiyyə kralı və digər Ali-Səud şahzadələrinin Qətər padşahına qarşı təxribatları, haram və şeytan əməlidir. Onların öz inancına əsasən də bir sultana, şaha qarşı bu əməlləri edənlər şeytanın quludur."
Qeyd edək ki, Ərəbistanın baş müftisi Əbdül Əziz Ali-Şeyx 2015-ci ildə fitva verərək bildirmişdi ki, sultanların, hakimlərin səhvlərini aşkara çıxarmaq, onları tənqid etmək haramdır və bu iş şeytan əməlidir."


Story Code: 658922

News Link :
https://www.islamtimes.org/az/news/658922/səudiyyə-müftisi-kralının-addımlarını-şeytan-əməli-hesab-edir

Islam Times
  https://www.islamtimes.org