QR CodeQR Code

Sionist rejimdən "Hizbullah" qarşısında çarəsizlik etirafı

İslamazeri , 8 Aug 2017 19:45

İslamtimes - Sionist rejim Daxili Təhlükəsizlik Şurasının keçmiş sədri general Qiora İland Sionist rejimin "Hizbullah"a qarşı yeni bir müharibə başlayacaq gücdə olmadığını etiraf etdiyi açıqlamasında Tel-Əvivə "Hizbullah"a qarşı yeni müharibəyə girməkdən çəkinməsini tövsiyə etdi.


İslamazeri.com xəbər verir ki, sionist keçmiş general bu rejimin Kanal 10 televiziyasına verdiyi müsahibədə, Sionist rejimin Livan "Hizbullah"ına qarşı yeni bir müharibəyə girmə gücünə malik olmadığına işarə edərək, buna görə Tel-Əvivin "Hizbullah" ilə müharibəyə yol açacaq hər cür fitnəkar təşəbbüsdən uzaq dayanması lazım olduğunu müdafiə edib.

Livan Müqavimətinin hərbi gücünün yüksək olduğuna toxunan İland keçmiş təcrübələrin Sionist İsrailin bu qrupla müharibənin asan olmayacağını göstərdiyini bildirib.

Sionist rejim Daxili Təhlükəsizlik Şurasının keçmiş sədri İland bu rejimin təhlükəsizlik naziri Libermanın "İsrail inkişaf etmiş silahların "Hizbullah"a çatmasına əsla icazə verməyəcək" açıqlamasına istinad edərək həmin ifadələrin bir növ "Hizbullah"ın hər keçən gün artan gücünün etirafı olduğunu deyib.

Suriya müharibəsinin sonunda, "Hizbullah"ın qələbə qazanan tərəfin yanında olacağını qeyd edən İland, bu vəziyyətin Sionist rejimin bir çox problemlə qarşı-qarşıya qalmasına yol açacağı, ancaq buna baxmayaraq, Tel-Əvivin "Hizbullah"la müharibəyə girməməsi lazım olduğunu sözlərinə əlavə edib.


Story Code: 659604

News Link :
https://www.islamtimes.org/az/news/659604/sionist-rejimdən-hizbullah-qarşısında-çarəsizlik-etirafı

Islam Times
  https://www.islamtimes.org