QR CodeQR Code

Vəkil Abbas Hüseynovla bağlı dövlət qurumlarına şikayət ünvanlayıb

http://rakurs.tv , 10 Aug 2017 14:38

İslamtimes - Nardaran məhbusu Abbas Hüseynovun işgəncələrə məruz qalmasıyla bağlı bir sıra dövlət qurumlarına müraciət edilib


Bu barədə vəkil Yalçın İmanov Rakurs TV-ə məlumat verib. O, bildirib ki, Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələrə məruz qalmasıyla bağlı Baş Prokurorluğa, Ombdusman Aparatına və Penitensiar Xidmətə şikayət məktubları ünvanlayıb.

Vəkil Baş Prokuror Zakir Qaralova müraciətində Abbas Hüseynova işgəncə verən Qobustan həbsxanasının rəhbərliyi və əməkdaşları barəsində cinayət işinin başladılmasınını istəyib. Ombudsman Elmira Süleymanovaya məktubunda isə Abbas Hüseynovun sözlərinin araşdırılmasını, ona qarşı qeyri-insani münasibətə yol verən şəxslər barəsində cinayət işinin açılması üçün müvafiq orqanlara müraciət etməsini xahiş edib. Yalçın İmanov həmçinin Qobustan həbsxanasının əməkdaşlarının əməllərinin araşdırılması və barələrində qanunauyğun ölçü götürülməsi xahişi ilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib.

Bildirək ki, Nardaran məhbusu Abbas Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasından Qobustan həbsxanasına köçürülüb. Həbsxanaya köçürüldükdən sonra "kars"a salınıb və işgəncələrə məruz qalıb. O, bu barədə vəkili Yalçın İmanovla görüşdə məlumat verib.


Story Code: 660081

News Link :
https://www.islamtimes.org/az/news/660081/vəkil-abbas-hüseynovla-bağlı-dövlət-qurumlarına-şikayət-ünvanlayıb

Islam Times
  https://www.islamtimes.org