QR CodeQR Code

ABŞ tərəfindən dəstəklənən terrorçular İran ərazisində həbs edildi

18 Apr 2011 12:42

IslamTimes - İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətlərində "Cundullah" qruplaşmasının 5 üzvü həbs olunub


Məlumata əsasən, Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat nəticəsində həbs edilmiş şəxslərdən silah-sursat və partlayıcı yerləşdirilmiş kəmər müsadirə olunub. Həmin şəxslər regionda bir sıra terror aktları həyata keçirmək niyyətində olublar.

"Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir. 

Bu faktı terrorçular özü də təsdiqləyib. Nəzərinizə çatdıraq ki, bir müddət öncə həbs edilmiş Abdülmalik Rigi də canlı yayım vasitəsi ilə ABŞ-tərəfindən dəstəkləndiklərini və İranda terror əməliyyatları həyata keçirmək üçün ABŞ tərəfindən maddi yardımlar aldıqlarını etiraf etmişdi. Əbdülmalik Rigi edam ediləcəyini bildiyini və töreətdiyi qətllərə görə günahkar olduğunu söyləmişdi. Rigi həmçinin ABŞ rəsmiləri ilə Pakistan ərazisində bir neçə dəfə gizli görüşlər keçirdiyini də açıqlamışdı.

Təşkilatın üzərinə götürdüyü terror aktlarından biri 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50-yə yaxın insanın həyatına son qoyan partlayış olub.


Story Code: 66116

News Link :
https://www.islamtimes.org/az/news/66116/abş-tərəfindən-dəstəklənən-terrorçular-iran-ərazisində-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org