0
Monday 18 April 2011 - 13:58

Fələstin xalqını sevənləri öldürən MOSSAD

Story Code : 66152
Fələstin xalqını sevənləri öldürən MOSSAD
Fələstin xalqını sevənləri öldürən MOSSAD
Islam times.org/az/ - Özünü Qəzza xalqının xilasına həsr edən İtalyalı sülh könüllüsü Vittorio Arrigoninin İsrail tərəfindən qaçırılıb öldürülməsi dünyanı ayağa qaldırdı.

Qatil İsrailin son cinayəti yalnız Fələstində deyil, bütün dünyada bu canı rejimə qarşı nifrəti artırdı.

Özünü Qəzza xalqının qurtuluşuna həsr edib orada məskunlaşan və quldur İsrailin körpələri belə muhasirəya aldığı şərtlərdə Qəzzanın məzlum xalqının dərdinə şərik olmaq üçün həyatını təhlükəyə atan İtalyalı sülh könüllüsü Vittorio Arrigoninin, sionist İsrail dövləti tərəfindən qaçırılıb işgəncə altında öldürülməsi, bu qatil rejimə qarşı dünya ictimaiyyətini qiyama qaldırdı.

Qəzza sektorunda Həmas hökumətinin Baş naziri İsmayıl Hənıyya, Vittorio Arrigoninin anasıyla telefon bağlantısı edərək, "qatillərin tapılıb cəzalandırılacağı" sözünü verdi. Hənıyya, hökumətinin Arrigoninin sərbəst buraxılması üçün bütün səyləri göstərdiyini , lakin Arriggonini qaçıranların, sərbəst buraxılması üçün öz qoyduqları müddətə də uyğun gəlməyərək əvvəlcədən niyyətlərinin qətl olduğunu göstərdiklərini vurğuladı.

Həmas hökuməti, cinayəti, Fələstin xalqının din, əxlaq, ənənə və dəyərləri ilə uyğun gəlmədiyini ifadə edərək qınamışdı. 'Viktor' olaraq tanınan İtalyalı aktivistin tutulduğu yerdə çəkilmiş gözləri bağlı fotoşəkilləri dünən nümayiş olunan zaman, küçəyə tökülən fələstinli və xarici aktivistlər, "Biz də Fələstini sevirik, bizi də öldürün!" şüarlarını səsləndirdilər.

Arrigoninin Əl Qaidəylə əlaqəli bir qrup tərəfindən qaçırıldığı iddia edilmiş, amma İsrailin terror kəşfiyyat təşkilatı MOSSAD-ın bu işi reallaşdırdığı , iz itirdirmək üçün də Əl Qaidə adının hallandırması məlum olumuşdir.

ABŞ və AB- ölkələri də bir çox terror hadisələrini həyata keçirdikləri zaman bunun Əl Qaidə tərəfindən törədildiyini iddia etmişlər.
Translator :
Source : IslamTimes
Comment