QR CodeQR Code

HƏMAS: Bu divarın İsrailin təhlükəsizliyinə heç bir xeyri olmayacaq...

İslamazeri , 15 Aug 2017 22:43

İslamtimes - Fələstinin İslami Müqavimət Hərəkatı İsrail rejiminin Qəzza zolağı ətrafında betondan divar layihəsinə etiraz edib.


İslamazeri.com “Al Alam”-a istinadən xəbər verir ki, bu gün çıxış edən HƏMAS-ın mətbuat katibi Əbdüllətif Qanu, bu layihəni qeyri qanuni adlandırıb.

Bu layihənin Qəzza mühasirəsinin artırılmasına qulluq etdiyini deyən Qanu bildirib: “Bu divarın İsrailin təhlükəsizliyinə heç bir xeyri olmayacaq, çünki müqavimət, hamının rəsmi olaraq qəbul etdiyi bir məsələdir. Müqavimət, hər növ silaha sahib olma ixtiyarına malikdir.”

Qeyd edək ki, İsrail rejimi artıq bir neçə aydır ki, Qəzza zolağı ətrafında uzunluğu 64 k.m olan divar hörür.


Story Code: 661569

News Link :
https://www.islamtimes.org/az/news/661569/həmas-bu-divarın-israilin-təhlükəsizliyinə-heç-bir-xeyri-olmayacaq

Islam Times
  https://www.islamtimes.org