0
Wednesday 16 August 2017 - 00:29

Abbas Hüseynov ailə üzvlərinə nə deyib?

Story Code : 661592
Abbas Hüseynov ailə üzvlərinə nə deyib?
Abbasın ailəsi ilə telefon danışığı onun yaxınlarının Penitensiar Xidmətin rəhbər şəxsləri ilə görüşündən sonra baş tutub. Nardaran məhbusunun anası və bacısı avqustun 14-də Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidovla görüşüb. Abbasın anası oğlunun durumundan narahat olduğunu bildirib.
Seyidov ananı dinlədikdən sonra məsələ ilə məşğul olacağını bildirib.
Ailə üzvləri evə gələndən sonra Abbas Hüseynov əlaqə saxlayıb. Avqustun 13-də karantin müddətinin bitdiyini və kameraya köçürüldüyünü deyən Abbas onu da qeyd edib ki, işgəncələrlə bağlı məsələ ictimailəşəndən sonra həbsxana əməkdaşları ona qarşı qeyri-insani rəftarı saxlayıblar.
Xatırladaq ki, Nardaran məhbusu Abbas Hüseynov avqustun 8-də vəkili ilə görüşdə deyib ki, iyulun 22-də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasından Qobustan həbsxanasına gətirilən kimi burada işgəncələrə məruz qalıb. Məhbusun sözlərinə görə, onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər. Ardınca həbsxananın rəisi Avtandil Ağayev onu öz otağında əlləri qandallı vəziyyətdə saxlayaraq, dəyənəklə döyüb. Daha sonra soxulcanlarla dolu olan cərimə təcridxanasına (“kars”) salıblar.
Vəkil də Abbas Hüseynovla görüş zamanı onun üzərində xəsarət izləri gördüyünü deyir.
Source : Nur.az.com
Comment