0
Tuesday 19 April 2011 - 06:07

Yəməndə 45 nəfər yaralandı

Story Code : 66266
Yəmən - İslami Oyanış Dalğası
Yəmən - İslami Oyanış Dalğası
"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, 2 gün ardıcıl olaraq Yəməndə irihəcmli etiraz aksiyaları keçirilib. Nümayişçilər 1978-ci ildən hakimiyyət başında olan Əli Abdullah Salehin istefa verməsini tələb ediblər. 

Etirazçılar bazar günü Yəmənin paytaxt küçələri və digər şəhərlərdə böyük nümayişlər keçiriblər. Polis qüvvələri etirazçıları susdurmaq üçün vəhşiliyə əl atıb. Belə ki, onların etirazçılara atəş açması nəticəsində onlarla insan yaralanıb, ən azı bir nəfər isə həlak olub. 

Bazar ertəsi günü də Yəmənin cənub şəhərlərində etiraz aksiyaları davam etdirilib. Burada da polis rezin dəyənəklər və odlu silahla xalqa hücum edib. Xalq da cavab olaraq daş parçaları ilə polis qüvvələrini hədəfə alıblar. 

Nəzərinizə çatdıraq ki, Yəmən xalqının 40%-dan çoxunun gündəlik gəliri 2 dollardan aşağıdır.
Comment