QR CodeQR Code

İngiltərədə sülh fəalları dövlətə qarşı birləşir

19 Apr 2011 06:49

IslamTimes - Bu gün İngiltərədə "Müharibəyə son" qrupu da daxil olmaqla sülh fəalları Liviya müharibəsinə etiraz əlaməti olaraq nümayiş keçirəcək


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, sülh fəallarının bu addımı bir halda baş verir ki, İngiltərə, Fransa və Amerika - Liviya ərazilərinin bombalanmasının davam edəcəyindən xəbər verib. 

Sülh fəalları İngiltərənin bu müharibəyə qoşulduğuna görə təəssüf hissləri keçirdiklərini açıqlayıblar. Onlar bu döyüşdə iştirak edən dövlətlərin Liviyada vəziyyəti ağırlaşdırdığını bildiriblər. 

Nəzərinizə çatdıraq ki, Qərb bir neçə dəfə mülki vətəndaşların məskunlaşdığı əraziləri hədəfə alıb, sonra isə bu hadisənin səhv üzündən baş verdiyini açıqlayıb. Liviya müxalifəti də bir neçə dəfə xarici qüvvələrin müdaxiləsinin gərəksiz olduğunu açıqlayıblar. 

İngiltərə sülh fəalları bü gün ölkə Baş Nazirinin ofisi qarşısında etiraz aksiyası keçirəcək.


Story Code: 66267

News Link :
https://www.islamtimes.org/az/news/66267/ingiltərədə-sülh-fəalları-dövlətə-qarşı-birləşir

Islam Times
  https://www.islamtimes.org