QR CodeQR Code

Məğlub olan İŞİD-çilər “Hizbullah”a sülh təklif etdi, lakin...

Islamazeri , 26 Aug 2017 08:57

İslamtimes - İŞİD terrorçuları "Hizbullah" hərəkatı komandanlığına elçi göndərib.


İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, bir tərəfdən Livan ordusunun Suriya ilə sərhəddə İŞİD terror təşkilatı ilə mübarizədə əldə etdiyi silsilə qələbələrdən, digər tərəfdən isə “Hizbullah” hərəkatı ilə Suriya ordusunun uğurlu əməliyyatlarından sonra İŞİD terrorçuları “Hizbullah” komandanlığına sülh təklifi ilə müraciət ediblər.

İŞİD terrorçularına yaxın mənbələr “Hizbullah” komandanlığına sülh təklif edən 2 elçi göndəriblər. Terrorçular bu sülhlə onlarla silahlısını digər bir cəbhəyə - İŞİD-in ağır itkilər verdiyi Deyr-əz-Zora göndərmək istəyirlər.

Terrorçuların bu təklifi, “Hizbullah” döyüşçülərinin İŞİD üzərindəki bir neçə strateji qələbəsinin fonunda səslənib.

“Hizbullah”-a yaxınlığı ilə seçilən mənbənin sözlərinə görə, şiə hərəkatı belə bir təklifi qəbul etməyəcək. Livan hərəkatı sərhəddə olan bütün terrorçuları sonuncusuna kimi məhv etmək və nəticədə də İŞİD-in Suriya-Livan sərhədindəki mövcudluğuna nöqtə qoymaq niyyətindədir.


Story Code: 664274

News Link :
https://www.islamtimes.org/az/news/664274/məğlub-olan-işid-çilər-hizbullah-a-sülh-təklif-etdi-lakin

Islam Times
  https://www.islamtimes.org