QR CodeQR Code

Yəmən Hiccə əyalətində Midi bölgəsinin bütün çöllərini Səudiyyə rejimi muzdlu qüvvələrindən geri alıb

Islamazeri , 29 Aug 2017 18:20

Islamtimes - Yəmənli hərbi mənbə bu əməliyyatda Səudiyyə rejim qüvvələrindən bir çoxunun əsir götürüldüyünü və çox miqdarda silah və hərbi avadanlıq və materialın da qənimət olaraq alındığını bildirib.


İslamazeri.com istinadən xəbər verir ki, Yəmən qüvvələrinin Hiccə əyalətində Midi bölgəsinin bütün çöllərini Səudiyyə rejimi muzdlu qüvvələrindən geri aldıqları açıqlanıb.

Yəmənli qüvvələr bundan əlavə, ölkənin cənubunda yerləşən əl-Bayza əyalətində əz-Zahər bölgəsində Səudiyyə rejiminə sadiq silahlıları və "əl-Qaidə" terrorçularını hədəfə alaraq düşmənə çox ağır itki verdiriblər. Bu hücumda 20-dən çox Səudiyyə rejimi muzdlu silahlı və terrorçunun öldürüldüyü və ya yaralandığı bildirilib.

Yəmənli hərbi mənbə bu əməliyyatda Səudiyyə rejim qüvvələrindən bir çoxunun əsir götürüldüyünü və çox miqdarda silah və hərbi avadanlıq və materialın da qənimət olaraq alındığını bildirib.


Story Code: 665296

News Link :
https://www.islamtimes.org/az/news/665296/yəmən-hiccə-əyalətində-midi-bölgəsinin-bütün-çöllərini-səudiyyə-rejimi-muzdlu-qüvvələrindən-geri-alıb

Islam Times
  https://www.islamtimes.org