0
Tuesday 29 August 2017 - 18:20

Yəmən Hiccə əyalətində Midi bölgəsinin bütün çöllərini Səudiyyə rejimi muzdlu qüvvələrindən geri alıb

Story Code : 665296
Yəmən Hiccə əyalətində Midi bölgəsinin bütün çöllərini Səudiyyə rejimi muzdlu qüvvələrindən geri alıb
İslamazeri.com istinadən xəbər verir ki, Yəmən qüvvələrinin Hiccə əyalətində Midi bölgəsinin bütün çöllərini Səudiyyə rejimi muzdlu qüvvələrindən geri aldıqları açıqlanıb.

Yəmənli qüvvələr bundan əlavə, ölkənin cənubunda yerləşən əl-Bayza əyalətində əz-Zahər bölgəsində Səudiyyə rejiminə sadiq silahlıları və "əl-Qaidə" terrorçularını hədəfə alaraq düşmənə çox ağır itki verdiriblər. Bu hücumda 20-dən çox Səudiyyə rejimi muzdlu silahlı və terrorçunun öldürüldüyü və ya yaralandığı bildirilib.

Yəmənli hərbi mənbə bu əməliyyatda Səudiyyə rejim qüvvələrindən bir çoxunun əsir götürüldüyünü və çox miqdarda silah və hərbi avadanlıq və materialın da qənimət olaraq alındığını bildirib.
Source : Islamazeri
Comment