QR CodeQR Code

Seyyid Həsən Nəsrullah: "İsrail rejimi bu günlərdə öz yetimlərinə ağlayır"

eastnews , 1 Sep 2017 13:22

İslamtimes - Hizbullah təşkilatının baş katibi Seyyid Həsən Nəsrullah Livan torpaqlarının terrorçulardan təmizlənməsi münasibətilə bayram çıxışı edib.


Seyyid Həsən Nəsrullah "Nusra cəbhəsi"nə qarşı başlatdıqları əməliyyatı uğurla tamamladıqdan sonra ABŞ-ın Livan hökumətinə, "Hizbullah"a icazə verdiyi üçün etiraz etdiyini bildirib. "ABŞ-ın bundan sonra da "Hizbullah"ın Livan ordusu ilə birlikdə İŞİD-ə qarşı əməliyyat keçirdiyi təqdirdə Livan ordusuna heç bir yardım etməyəcəyini bildirməsi qarşılığında Livan hökumətinin bütün etirazlara baxmayaraq əməliyyatlara icazə verməsi böyük bir uğurdur", deyə Seyyid Həsən Nəsrullah qeyd edib. İsrail və Amerikanın bu layihəsinin uğursuzluğa düçar olduğunu bildirən müqavimət lideri İsrailin bu günlərdə öz yetimlərinə ağladığını deyib. "Hizbullah" lideri düşmənin sakit dayanmadığını və təfərrüatlara varmadan Amerikanın yeni bir layihəsinin yolda olduğunu dilə gətirib. İŞİD terrorçularının Deyr əz-Zora köçürülməsi mövzusuna da toxunan Seyyid Həsən Nəsrullah bildirib ki, Suriya prezidenti Bəşər Əsədi buna razı salmaq üçün çox əziyyət çəkdim və hətta buna görə Dəməşqə səfər edərək Bəşər Əsədlə görüşdüm. Mənbə: http://eastnews.org/news/15340


Story Code: 665920

News Link :
https://www.islamtimes.org/az/news/665920/seyyid-həsən-nəsrullah-israil-rejimi-bu-günlərdə-öz-yetimlərinə-ağlayır

Islam Times
  https://www.islamtimes.org