QR CodeQR Code

Əfqanıstanda 10 iranlı mühəndis oğurlandı

20 Apr 2011 13:58

IslamTimes - Əfqanıstanın qərbində 10 iranlı mühəndis yoxa çıxıb.


Milli.Az xəbər portalının «Fars» agentliyinə istinadən verdiyi məlumata görə, onlar Əfqanıstanın tikinti şirkətində çalışır, Farah vilayətində tədris mərkəzi tikirlərmiş. Bu günlərdə mühəndisləri aparan 2 avtomobil silahlı şəxslər tərəfindən saxlanılıb və iranlılar naməlum istiqamətdə aparılıb. 

Nəzərinizə çatdıraq ki, Əfqanıstan və İraq torpaqlarında bir neçə dəfə İran vətəndaşlarının oğurlanması hadisəsi baş verib. Sonradan bu hadisənin ABŞ tərəfindən həyata keçirildiyi bəlli olub.


Story Code: 66656

News Link :
https://www.islamtimes.org/az/news/66656/əfqanıstanda-10-iranlı-mühəndis-oğurlandı

Islam Times
  https://www.islamtimes.org