QR CodeQR Code

Nardaran sakinləri azadlığa buraxılıb

İslamazeri , 8 Sep 2017 23:27

İslamtimes - Bu barədə qəsəbə sakini məlumat verib.


Nardaranda 2015-ci noyabr 25-i baş verən hadisələrlə bağlı həbs olunan qəsəbə sakinləri azadlığa buraxılıb.

İslamazeri.com-un xəbərinə görə, bu barədə Nardaran sakini məlumat verib.

Müxtəlif maddələrlə həbs olunan sakinlər cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra qəsəbədə yerləşən "Rəhimə Xanım" ziyarətgahını ziyarət ediblər.

Hələlik 5 nəfərin həbsdən çıxdığı qeyd edilir. Yaxın üç gün ərzində isə 21 nəfər dustağın azadlığa buraxılacağı söylənilir.

Xatırladaq ki, Bakının Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının sədri Tale Bağırzadə və tərəfdarları həbs olunub. Hadisədə iki polis əməkdaşı və 4 mülki vətəndaş dünyasını dəyişib.


Story Code: 667510

News Link :
https://www.islamtimes.org/az/news/667510/nardaran-sakinləri-azadlığa-buraxılıb

Islam Times
  https://www.islamtimes.org