QR CodeQR Code

Merkeldən hicablı şagirdə mükafat

IslamTimes , 20 Apr 2011 21:28

Reporter :

İslamtimes - Bizdə isə məktəbdən qovurlar.


islamtimes.org/az/ - Almaniyada gənc qızların kariyera yaratmaq üçün təşkil edilən "Milli Qızlar Günü" çərçivəsində 9-cu sinif şagirdi Türkiyəli Ruqiyə Bektaş, Almaniya Baş naziri Angela Merkel ilə görüşüb.

Baş nazirin ofisindəki görüşdə qız şagirdlərdən soruşulan suala Ruqiyə Bektaş adlı Türkiyəli qız, doğru cavab verərək mükafat qazanıb. Merkel, qızlara "Almaniyada ən böyük 200 şirkətin hansılarını qadınlar idarə edir" sualını soruşub. Bektaş, 50 qadın idarəçinin adını sayaraq suala ən doğru cavab vermişdir.

Türkiyəli Ruqiyə, Wolfsburg şəhərində olan “Phaeno” informasiya mərkəzinə pulsuz gəzinti qazanıb. Bektaş, mükafatını Merkelin şəxsən özündən alıb. Səyahətin xərcləri qızlar gününə sponsor olan şirkətlər tərəfindən ödəniləcəyi bildirilib.

Xatırladaq ki, Adananın Baraman mahalında təşkil edilən müəllimlər günü proqramında inşa yarışında qazandığı mükafatı almaq üçün səhnəyə çıxan “imam xatib” məktəbinin şagirdi Tövhidə Kötük, məktəb paltarının üstündən hicab geyindiyi üçün Təhsil Nazirliyinin əməkdaşı tərəfindən səhnədən qovulmuşdu.

Analoji hadisə Azərbaycanda da baş vermişdi. Bakı məktəblərinin birində məktəbdə keçirilən bayram tədbirlərinin birində başı örtülü bir şagird hicablı olduğu üçün təhqir olunaraq tədbirdən uzaqlaşdırılmışdı.

İslamtimes - Sadiq İmanov


Story Code: 66757

News Link :
https://www.islamtimes.org/az/news/66757/merkeldən-hicablı-şagirdə-mükafat

Islam Times
  https://www.islamtimes.org