1
Saturday 9 September 2017 - 14:19

Əli, ey humayi-rəhmət, nə dəlilisən Xudayə

Story Code : 667648
Əli, ey humayi-rəhmət, nə dəlilisən Xudayə
Əli, ey humayi-rəhmət, nə dəlilisən Xudayə
Ki,Xudadən özgə sayən nə ki var, edər himayə?!
Egər aşinayi-Həqsən Əli ilə aşina ol
Əli ilə olmuşam mən, könül, aşina Xudayə.
Nə əsər qalır fənadən iki aləm içrə, Billah,
Eləsə himayə hərgah Əli çeşmeye-bəqayə!
Yenə rəhmətin bulud tək,yağa bəlkə, yoxsa duzəx
Qəzəb atəşiylə yeksər,verər aləmi fənayə.
Yeri, döy Əli qapısın, odur, ey gedayi-miskin,
Kərəmiylə padişahlıq üzüyü verən gədayə.
Kim öz oğluna deyərki, qıl əsir ilə müdara,
Nola qatilimdi? yüngül yetirün onu cəzayə.
Kim Əli kimi əcayib elə bir oğul yetirdi
Ki, şərəf gətirdi yeksər şühədayi-Kərbəlayə?!
Edən aşina ilə əhd hamı pakilər içində,
Əli tək olurmu sadiq qalan əhd ilə vəfayə?
Nə Xuda desəm səzadır, nə bəşər desəm rəvadır,
Necə versəm ad xətadır şəhe-mülke-lafətayə!
Iki qan saçan gözüm ki, qapısı qubarın istər,
Gətir, ey Nəsimi-rəhmət,əvəz eylə tutiyayə.
Bu ümüdlə ta ki, düşsün qədəmin qubarı üstə,
Nə sifariş etdi sinəm odu hər qədəm Səbayə?
Ver özün qəzayə təğyir fəqirin duası ilə,
Canımız tərəf bir afət yolu olmasın qəzayə.
Nə gəlim nəvayə ney tək, necə şövqidən vurum dəm?
Ki, Lisani-qeybi-dilkəş gətirir bunu nəvayə:
"Budu hər gecə ümüdüm ki, məgər səhər Nəsimi
Verə mujdə aşinadən, edə lütfü aşinayə!"
Çağırırdı mürği-Ya Həqq gecə yarı Şəhriyarı,
Dur, ürək qəmin de yarə ki, məcalıdır duayə!
Comment