0
Tuesday 12 September 2017 - 16:29

Rəvayətlərdə Əhli-beytin (ə) məsəli

Story Code : 668518
Rəvayətlərdə Əhli-beytin (ə) məsəli
Rəvayətlərdə Əhli-beyt (ə) təkcə ulduzlara və nicat gəmisinə oxşadılmır.
Hittə qapısı: Həzrət Peyğəmbər (s) buyurur: “Mənim Əhli-beytim (ə) sizin üçün Hittə qapısı Bəni-İsrail üçün olduğu kimidir. Bu qapıdan girən bağışlanacaq.” (“Əl məcəmus-səğir”, 2-22) Həzrət Əli (ə) buyurur: “Biz Əhli-beyt (ə) Hittə qapısıyıq. Bu qapı salamatlıq qapısıdır. Ondan daxil olan nicat tapdı, ondan üz çevirən həlak oldu.” (“Əl-xisal”, 2-626) Həzrət başqa bir məqamda buyurur: “Agah olun! Adəmin gətirdiyi elm, peyğəmbərləri üstün edən hər bilik son peyğəmbərin Əhli-beytində (ə) var. Bəs haraya üz tutmusunuz, hara gedirsiniz? Əhli-beyt (ə) sizin aranızda Əshabi-kəhf, Hittə qapısı kimidir. Onlar salamatlıq qapısı kimidirlər. Allah onları öz kitabında belə yada salır: “Ey iman əhli! Hamınız təslim halına gəlin, şeytanın addımlarını izləməyin, o sizin açıq düşməninizdir...” (“Bəqərə”, 208; “Təfsirul-əyyaşi”, 1-102, hədis 300)

Beytullah: Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurmuşdur: “Ey Əli! Siz Əhli-beyt (ə) beytullah (Kəbə) kimisiniz. Ona daxil olan salamat qaldı. Sizi dost bilib yardım edən cəhənnəm odundan amanda qalacaq. Sizə kin bəsləyib düşmənçilik edən oda atılacaq. Ey Əli! Allahın kitabına əsasən gücü çatana həcc vacibdir. Səbəbi olan üzürlüdür. Yoxsulun üzrü onun yoxsulluğu, xəstənin üzrü onun xəstəliyidir. Amma Allah sizə münasibətdə səhlənkarlığı nə varlıdan, nə yoxsuldan, nə xəstədən, nə sağlamdan, nə kordan, nə də görəndən heç bir üzrlə qəbul etmir!” (“Xəsaisul-əimmə”, 77)

Cisim üçün baş: Həzrət İslam peyğəmbəri (s) buyurur: “Mənim Əhli-beytimi (ə) cisminiz üçün baş, başınız üçün iki göz bilin. Cisim başsız yol getməz, baş gözsüz yol tapmaz.” (Tusi, “Əmali”, 482) Aydın olur ki, Əhli-beyt (ə) aşiqləri nə üçün bu insanları özlərinə baş və göz hesab etmişlər. Onlar bir an olsun belə bu eşqsiz yaşamamış, Əhli-beyt (ə) maarifindən əl çəkməmişlər. Əhli-beytsiz (ə) həyat onların aşiqləri üçün korluq, azğınlıq, heyrət, fəlakətdən başqa bir şey deyil.
Source : Nur-az.com
Comment