QR CodeQR Code

Hizbullah döyüşçüsü İŞİD əsirliyindən azad olundu

14 Sep 2017 10:22

IslamTimes - Həmçinin Hizbullah əsirliyində olan bir neçə İŞİD üzvünün terror qruplaşması tərəfindən əsir alınan Əhməd Mətuqla dəyişdirilməsi ilə bağlı razlıq əldə edilib.


"IslamTimes" xəbər verir ki, Hizbullah Müqavimət Hərəkatının İŞİD terror təşkilatı tərəfindən əsir alınan döyüşçüsü Əhməd Mətuq iki qrup arasında əldə olunan razılaşmadan sonra azad edilib. 
İŞİD Livan-Suriya sərhəddi yaxınlığında olan üzvlərinin ailələrinin Deyr əz-Zur ətrafındakı məntəqəyə getməsinə icazə verilməsi müqabilində 2 Hizbullah üzvü və bir iranlı şəhidin nəşini geri qaytarmağı qəbul edib.
Həmçinin Hizbullah əsirliyində olan bir neçə İŞİD üzvünün terror qruplaşması tərəfindən əsir alınan Əhməd Mətuqla dəyişdirilməsi ilə bağlı razlıq əldə edilib.
Şəhidlərin peykəri razılaşmanın ilk günlərində geri qaytarılsa da, Əhməd Mətuqun əsirlikdən azad edilməsi ötən gün baş verib.


Story Code: 668986

News Link :
https://www.islamtimes.org/az/news/668986/hizbullah-döyüşçüsü-işid-əsirliyindən-azad-olundu

Islam Times
  https://www.islamtimes.org